Mətbuat mərkəzi

Azərbaycanda yeni dərs ili necə olacaq

Sentyabrın 15-də azərbaycanlı məktəblilər dərsə başlayacaqlar.
Sputnik
2023/2024-cü tədris ilinin başlanması ilə əlaqədar elm və təhsil naziri Emin Əmrullayevin dünən imzaladığı əmrdə qeyd edilir ki, Azərbaycanın bütün növ təhsil müəssisələrində (beynəlxalq akkreditasiyadan keçmiş təhsil proqramları üzrə təhsil istisna olmaqla) tədris ilinə başlanılacaq.
15 sentyabr 2023-cü ildə və 14 iyun 2024-cü ildə başa çatacaq. Sentyabrın 13-də saat 12.00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında təhsil sahəsi üzrə tanınmış ekspert Elşən Qafarov qarşıdan gələn tədris ilində tədris prosesinə hansı yeniliklərin tətbiq olunacağı barədə danışacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru.
Tədbir Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə ünvanında Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində baş tutacaq.