BAKI, 12 sentyabr — Sputnik. Ermənistan rəhbərliyi faktiki olaraq Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edib.
Bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda (ŞİF) bildirib.
"Məsələ təkcə son münaqişənin nəticələrində deyil, məsələ ondadır ki, Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb" - deyə o, sözünə davam edib.
Prezidentin sözlərinə görə, bu vəziyyətdə humanitar komponent və Rusiya sülhməramlılarının mandatı ilə bağlı suallar yaranır.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya Qarabağda təhlükəsizliyin təminatçısı rolunu oynamaqda davam edir və öz missiyasını azaltmaq niyyətində deyil.