CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəzaçəkmə müəssisələrində olan 15 məhbus İKT kursunu başa vurub

Ədliyyə Nazirliyi ilə birgə təşkil edilən təlimlərdə "IT helpdesk" mütəxəssisi olaraq yetişdirilən gənclər azadlığa çıxdıqdan sonra cəmiyyətə daha sürətli adaptasiya ola biləcək
Sputnik
BAKI, 12 sentyabr — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin "Technest" Təqaüd Proqramı çərçivəsində cəzaçəkmə müəssisəsində yetkinlik yaşına çatmayan 15 gənc İKT sahəsi üzrə məzun olub.
Bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, Ədliyyə Nazirliyi ilə birgə təşkil edilən təlimlərdə "IT helpdesk" mütəxəssisi olaraq yetişdirilən gənclər azadlığa çıxdıqdan sonra cəmiyyətə daha sürətli adaptasiya ola biləcək.
Məlumatda deyilir ki, beynəlxalq araşdırmalara əsasən, həbsxanada olarkən təhsil proqramlarından faydalanmış məhbusların azadlığa çıxdıqdan sonra həbsxanaya qayıtma ehtimalı daha az olur.