PAYTAXT XƏBƏRLƏRİ

Bakının Ziya Bünyadov prospektində yeni yerüstü piyada keçidi tikilir

Yolun hər iki tərəfi­ndə yeni avtobus cib­likləri, avtobus daya­nacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nə­zarət otağının tikin­tisi, piyada keçidin­in ətrafında abadlaş­dırılma işlərinin gö­rülməsi nəzərdə tutu­lub.
Sputnik
BAKI, 12 sentyabr — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Ziya Bün­yadov prospektinin Xəlil Rza Ulutürk küç­əsi ilə kəsişməsində yeni yerüstü piyada keçidi inşa edir.
Bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, prospektin sözügedən hissəsində hərəkət intensivliyi nəzərə alınaraq tikinti işləri hazırda gecə saatlarında aparılır.
İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə oval ti­pli piyada pandusları quraşdırılacaq. Yolun hər iki tərəfi­ndə yeni avtobus cib­likləri, avtobus daya­nacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nə­zarət otağının tikin­tisi, piyada keçidin­in ətrafında abadlaş­dırılma işlərinin gö­rülməsi nəzərdə tutu­lub.
Layihə üzrə keçidin uzunluğu 57 metr, daxili eni 3,5 metrdir. Yol səviyyəsindən hü­ndürlüyü 5,8 metr tə­şkil edən keçid üstü­qapalı və torşəkilli metal konstruksiyadan ibarət olacaq.