BAKI, 11 sentyabr — Sputnik. Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına işgüzar səfər edib.
Nümayəndə heyətini Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Mətin Gürak, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, ötən ay Türkiyənin Milli Müdafiə naziri Yaşar Güler Bakıya rəsmi səfərə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.