DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Mossadın lideri İranı hədələdi: "Tehranın ürəyinə zərbə endirəcəyik"

David Barnea əmin edib ki, İsrail və onun müttəfiqlərinə hücum edənləri ələ keçirəcəklər və ədalət hamının gözü qarşısında zəfər çalacaq.
Sputnik
BAKI, 11 sentyabr - Sputnik. İsrailin Kəşfiyyat və Xüsusi Məsələlər İdarəsinin (“Mossad”) rəhbəri David Barnea İranı “Tehranın ürəyinə zərbə endirməklə” hədələyib.
“Associated Press”in məlumatına görə, Reyxman Universitetində keçirilən təhlükəsizlik konfransında çıxış edən Barnea bildirib ki, son bir ildə İsrail və müttəfiqləri Avropa, Afrika, Cənub-Şərqi Asiya və Cənubi Amerikada 27 hücumun qarşısını alıblar.
“Bu komandalar tərəfindən həyata keçirilən hücumlar İran tərəfindən təşkil edilib, ilhamlanıb və idarə olunub. İndi biz danışdıqca İran əlavə hücumlar həyata keçirməyə çalışır. Mesajımız yüksək, aydın və qətidir. Komanda göndərmək istəyənlər, səhv etməyin.
Əmin olun ki, biz sizi ələ keçirəcəyik və ədalət hamının gözü qarşısında zəfər çalacaq. Bu, keçmişdə də sübuta yetirilib və biz bunu gələcəkdə növbəti səviyyəyə qaldıracağıq”.
Barnea bildirib ki, İsrail planlarda iştirak edən agentləri və onları göndərən komandirləri təqib edəcək: “Bu qiymətlər İranın dərinliklərində, Tehranın ürəyində müəyyən ediləcək”.