DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Macarıstanda hava şousu zamanı təyyarə qəzaya uğrayıb, ölən və xəsarət alanlar var

Hava şousu zamanı idman təyyarəsi idarəetmədən çıxaraq yerə çırpılıb və partlayıb. Göyərtədəki adamlar həlak olub.
Sputnik
BAKI, 11 sentyabr - Sputnik. Macarıstanın Sekeşfexervar şəhəri yaxınlığında hava şousu zamanı idman təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Təyyarə idarəetmədən çıxaraq yerə çırpılıb və partlayıb.
Polis idarəsindən verilən məlumata görə, qəza nəticəsində 67 yaşlı qadın və 37 yaşlı kişi həlak olub.
Təyyarə dayanacağın yanında yerə düşüb və partlayıb, orada dayanan avtomobillərdən biri yanıb. Avtomobildə və onun yanında olan şəxslər - iki böyük və iki uşaq yanıq və digər bədən xəsarətləri alıblar.
Onlar təcili yardım maşını ilə Sekeşfexervar və Budapeştdəki xəstəxanalara aparılıblar (Report).
Faciəli insidentdən sonra hava şousu dayandırılıb. Qəzanın səbəbi hələlik məlum deyil, araşdırmalara başlanılıb.