Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Ermənistan gün ərzində üçüncü dəfə eyni istiqamətdə mövqelərimizi atəşə tutub - Yenilənib

Gədəbəy istiqamətində mövqelərimiz yenidən atəşə tutulub.
Sputnik
BAKI, 11 sentyabr - Sputnik. Sentyabrın 11-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil İmirli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng, Göyəli Qaravəllər yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Bu barədə Müdafiə nazirliyi məlumat yayıb.

"Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, sentyabrın 11-i saat 13:30-da və saat 20:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə nazirliyi məlumat yayıb.
Hər iki halda bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.