"Bütün sürücülər - hərəkət iştirakçıları idarə etdikləri avtomobillərin texniki saz vəziyyətdə olması üçün Azərbaycan Respublikası Yol Hərəkəti Haqqında Qanunun 37-ci maddəsinə əsasən məsuliyyət daşıyır və bu proses daim diqqətdə saxlanılmalıdır. Bu, "Yol Hərəkəti Haqqında Qanun"a uyğun olaraq sürücünün əsas məsuliyyəti və vəzifələrindən biridir. Texniki cəhətdən nasaz avtomobili idarə etdikdə sürücü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinə əsasən yəni nəqliyyat vasitəsinin istismar qaydalarını pozduğuna görə məsuliyyət daşıyır belə olduğu halda vəziyyəti qiymətləndirilməklə 50 manatdan 150 manatadək miqdarda cərimə nəzərdə tutulur. Sürücülər onu da unutmamalıdırlar ki, yolda nasaz vəziyyətdə idarə olunan avtomobil ən azı bir zolaqda hərəkəti məhdudlaşdırdıqda ciddi sıxlığa bəzən isə tıxacada səbəb ola bilir".