BAKI, 11 sentyabr — Sputnik. Rusiyada inşa edilən ilk kruiz gəmisi – "Böyük Pyotr" 2024-cü ildə Xəzər və Qara dənizlərdə səyahətə başlayacaq. Bu kruizlər çərçivəsində gəmi Bakı (Azərbaycan), Aktau (Qazaxıstan), Türkmənbaşı (Türkmənistan) və Mahaçqala limanlarına daxil olacaq.
Qeyd olunur ki, laynerin tikintisi regionda kruiz turizmi üçün mühüm hadisə olub və Rusiya ilə Xəzəryanı ölkələr arasında turizm sahəsində əməkdaşlığın inkişafına töhfə verəcək.
"Böyük Pyotr" laynerinin tikintisi 2016-cı ilin yayında başlayıb və 2019-cu ilin mayında istifadəyə verilib.
Kruiz gəmisi təkcə Volqa boyunca deyil, həm də üç dəniz - Xəzər, Azov və Qara dənizlər boyunca marşrutlar üçün istifadə edilə bilər.
Laynerin daxli tərtibatı beşulduzlu otelə uyğun gəlir. Ümumilikdə kruiz gəmisinin 155 kabinəsi var, gəminin tutumu 310 nəfərdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.