BAKI, 11 sentyabr — Sputnik. Azərbaycan ve Qazaxıstan arasında dostluq, qardaşlıq münasibətləri inkişaf edir.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Qazaxıstan səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan-Qazaxıstan: regional əməkdaşlıq” mövzusunda dəyirmi masada BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
APA-nın xəbərinə görə, Fərid Şəfiyev qeyd edib ki, bu ay Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiyaya səfəri gözlənilir:
"Azərbaycanın xarici siyasətində, xarici əlaqələrində Mərkəzi Asiya vacib yer tutur. Bir sıra qarşılıqlı səfərlər həyata keçirilir. Bu yaxınlarda Özbəkistan Prezidenti ölkəmizə səfər edib".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.