BAKI, 11 sentyabr — Sputnik. Biz Azərbaycanın faciəvi zaman kəsimində ABŞ-ın yanında olmasını heç vaxt unutmayacağıq.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin rəsmi "X" hesabında paylaşım edilib.
Bildirilib ki, ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara başda olmaqla səfirliyin əməkdaşları 11 sentyabr hücumlarının ildönümünü qeyd edib, həyatını itirən insanların xatirəsinin yad edib.
Qeyd edək ki, 2001-ci il sentyabrın 11-də ABŞ-nin Nyu-York və Vaşinqton şəhərlərində "Əl-Qaidə" terror təşkilatı silsilə terror aktları törədib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.