Sentyabrın 8-dən 9-na keçən gecə Mərakeşdə 6,9 bal gücündə zəlzələ baş verib, nəticədə 2122 nəfər həyatını ititrib, ən azı 2420 nəfər xəsarət alıb.
Mərakeş Milli Geofizika İnstitutunun şöbə müdiri Nasir Caburun bunun son 100 ildə ən dağıdıcı zəlzələ olduğunu bildirib.
Krallığın təbii fəlakətdən zərər çəkmiş bir sıra bölgələrində elektrik enerjisi və su təchizatı ilə bağlı problemlər müşahidə olunur.
Kral VI Məhəmməd ölkədə zəlzələ qurbanları üçün üç günlük matəm elan edib və krallığın dövlət bayraqlarının yarıya endirilməsini əmr edib.
Dağıdıcı fəlakətin nəticələri, evlərini və yaxınlarını itirən insanların ağrıları haqqında daha ətraflı Sputnik Azərbaycan-ın fotolentində.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.