SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Qarabağdakı “seçki”ni pisləməyə çağırıb

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti bu “seçki” təxribatını kəskin şəkildə pisləməyə çağırır.
Sputnik
BAKI, 10 sentyabr - Sputnik. Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Azərbaycanın Qarabağ bölgəsindəki “seçki” təxribatını kəskin pisləməyə çağırıb.
Bu barədə İcmadan bildirilib.
"Son günlər şərti dövlət sərhədinə canlı qüvvə və hərbi texnika cəmləşdirən Ermənistan daha bir təxribata əl atıb. Ermənistanın Azərbaycanın suveren ərazilərində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin tör-töküntüləri tərəfindən “prezident seçkiləri”nin keçirilməsi bölgədə vəziyyəti daha da gərginləşdirir.
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti bu “seçki” təxribatını kəskin şəkildə pisləməyə çağırır.
Bu xüsusda, Ermənistanın baş nazirinin yenə dünya liderlərinə telefon zəngləri, “Azərbaycanla təcili danışıqlara hazırıq” açıqlaması qeyri-səmimidir. Əgər Nikol Paşinyan həqiqətən də sülhdə maraqlıdırsa, onda Ermənistan silahlı qüvvələrinin qalıqları Azərbaycan ərazisindən çıxarılmalı,qeyri-qanuni silahlı dəstələr tərksilah edilməli və qayıdış ilə əlaqədar Qərbi Azərbaycan İcması ilə təmaslara başlanılmalıdır", - İcmadan bildirilib.