BAKI, 10 sentyabr - Sputnik. Ermənistanın Dövlət Mühafizə Xidmətinin rəisi Sarkis Ovannisyan vəzifəsindən azad edilib.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub ki, quruma müvəqqəti olaraq rəis müavini Artur Qasparyan başçılıq edəcək.
Xatırladaq ki, S.Ovannisyan bu vəzifəyə 2023-cü ilin aprel ayında təyin olunub.