DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Mərakeşdə zəlzələdə ölənlərin sayı 2100-ü keçib

ABŞ Geoloji Xidmətinin məlumatına görə, 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələ baş verməyib.
Sputnik
BAKI, 10 sentyabr - Sputnik. Mərakeşdə zəlzələdə ölənlərin sayı 2122 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Qeyd olunub ki, yaralı sayı 2400 nəfərdir
Fəlakət zonasında axtarış-xilasetmə işləri davam etdirilir.
***
Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2012-yə çatıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət zamanı 2 059 nəfər yaralanıb.
Xatırladaq ki, sentyabrın 8-də Mərakeşdə 6,9 maqnitudalı zəlzələ qeydə alınıb.
***
Mərakeşdə güclü zəlzələ nəticəsində ölənlərin sayı 1 305 nəfərə çatıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət zamanı azı 1832 nəfər yaralanıb.
***
Mərakeşdə zəlzələdə ölənləri sayı 1000-i keçib, 1200-dən çox yaralı var.
Mərakeş televiziyası zəlzələdə 1037 nəfərin həyatını itirdiyi, 1204 nəfərin yaralandığı barədə məlumat yayıb.
Axtarış-xilasetmə işləri davam etdirilir.
***
Mərakeşdə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 632-yə çatıb.
“Report” xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.
Mənbənin sözlərinə görə, 329 nəfər yaralanıb.
Qeyd edək ki, Mərakeş şəhərindən 72 kilometr qərbdə 6,9 bal gücündə baş verən zəlzələ ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələ baş verməyib.