BAKI, 10 sentyabr - Sputnik. Göygöl rayonu ərazisində ağır yol qəzası baş verib, bir nəfər ölüb, üç nəfər xəsarət alıb.
“Report”un məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Hacıkənd qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ-21015” markalı avtomobilin “KAMaz” markalı yük maşını ilə toqquşması nəticəsində Kəlbəcər rayon sakini, 1975-ci il təvəllüdlü Müşfiq Bayramov ölüb, 1998-ci il təvəllüdlü Tahirli Xalay Malik oğlu, 1998-ci il təvəllüdlü Məmmədov Bayram Vəli oğlu və onların həmyaşıdı Hüseynli Elgün Mübariz oğlu xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.