BAKI, 10 sentyabr - Sputnik. "Ermənistanın Qarabağda atdığı addımlar düzgün deyil".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Böyük İyirmilik"in (G20) sammitinin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
"Biz buna müsbət baxmırıq, bunu qəbul etmək mümkün deyil. Sabah (11 sentyabr - red.) böyük ehtimalla Paşinyanla (Ermənistanın baş naziri Nikol Paşinyan-red) danışıqlar aparacağam. Bu məsələ ilə bağlı onlara xəbərdarlıq edəcəyik və belə bir seçkinin (Qarabağda qondarma seçkilər-red) qətiyyən mümkün olmadığını bildirəcəyik. Onsuz da görüşdüyüm ölkə başçılarının heç biri bunu qəbul etmir" - Ərdoğan bildirib.
"Bölgəni əmin-amanlığa çağırmaqdan başqa bir yol yoxdur" - Türkiyə lideri deyib.
Dövlət başçısı hazırda Qarabağda baş verənlərin qəbuledilməz olduğunu və Ankaranın bunu müsbət dəyərləndirmədiyini əlavə edib.
Dövlət başçısı hazırda Qarabağda baş verənlərin qəbuledilməz olduğunu və Ankaranın bunu müsbət dəyərləndirmədiyini əlavə edib.