BAKI, 10 sentyabr — Sputnik. Artıq çəkidən xilas olmağın ən asan yollarından biri də axşam saatlarında daha yüngül qidalanmaqdır.
Türkiyə mediasının yaydığı xəbərə görə axşam saatlarında yeyiləcək qidalar gecə yatarkən orqanizmdəki artıq yağların yanmasına təsir etməlidir.
Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, gündəlik qəbul etdiyimiz kalorinin 50 faizi məhz axşam saatlarında qidalanmanın payına düşür. Bu saatlarda yüksək kalorili qidalardan sonra şirniyyat yeyilməsi orqanizmin daha da yüklənməsinə səbəb olur. Həkimlər axşam saatlarında tərəvəzlər və daha yüngül qidalardan istifadəni məsləhət görür.
Axşam saatlarında nələri yemək faydalıdır?
Həzmin yaxşılaşması üçün həkimlər bu saatlarda bir stəkan qatıq, bir xörək qaşığı yulaf əzməsi və bir xörək qaşığı çiya toxumu yemək faydalıdır.
Bundan başqa, axşam saatlarında xiyar, nanə, bir xörək qaşığı zeytun yağı yemək tövsiyə olunur.
Bir həftə hər gecə bu cür qidalanmaqla qısa müddətdə müəyyən nəticəyə nail olmaq mümkündür.