HADİSƏ

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 33 m/san olub - FAKTİKİ HAVA

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.4 metrə çatıb.
Sputnik
BAKI, 10 sentyabr - Sputnik. Milli Hidrometeorologiya Xidmətinin senytabrın 10-u saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. Bəzi yerlərdə güclü külək əsib.

Şimal-qərb küləyi arabir Qəbələdə 24 m/s, Neftçalada 20 m/s, Naftalanda 18 m/s, Beyləqan, Naxçıvanda 16 m/s, Şəkidə 15 m/s-dək, Bakıda və Abşeron yarımadasında 28-33 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.4 metrə çatıb.