SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

AŞ Baş katibi: "Xankəndidə qondarma "seçkiləri”n heç bir hüquqi əsası yoxdur"

Avropa Şurası bütün tərəfləri gərginliyi azaltmağa, dialoqa, sülhü bərpa etməyə çağırır.
Sputnik
BAKI, 10 sentyabr - Sputnik. "Xankəndidə qondarma “prezident seçkiləri”nin heç bir hüquqi əsası yoxdur".
“Report” xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Pejçinoviç-Buriç "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Regionda humanitar vəziyyət və beynəlxalq standartlara hörmət əsasdır. Avropa Şurası bütün tərəfləri gərginliyi azaltmağa, dialoqa, sülhü bərpa etməyə çağırır. Avropa Şurası bunları dəstəkləməyə hazırdır", - Mariya Pejçinoviç-Buriç əlavə edib.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycan XİN Qarabağdakı qondarma seçkiləri pisləyən ölkə və təşkilatlara təşəkkür edib