BAKI, 10 sentyabr - Sputnik. ABŞ Azərbaycan və Ermənistanı həll edilməmiş məsələləri birbaşa dialoq yolu ilə həll etmək üçün birgə işi davam etdirməyə çağırır.
APA-nın xəbərinə görə, bunu ABŞ dövlət katibi Entoni Blinken mətbuata bəyanatında bildirib.
Entoni Blinken Laçın yolunun əlavə marşrutlarla birgə təcili açılmalı olduğunu qeyd edib: "İrəliyə doğru yeganə yol sülh, dialoq və bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasıdır".