BAKI, 9 sentyabr - Sputnik. Türkiyənin Kahramanmaraş vilayətinin Andırın rayonunda əyləci boşalan yük maşınının cənazə namazı üçün toplaşanların üzərinə çıxması nəticəsində ölənlərin və yaralananların sayı açıqlanıb.
APA xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralnıb..
Kahramanmaraş valisi Mükerrem Ünlüer yaralananlar arasında həyati təhlükəsi olanların olduğunu bildirib.
Qeyd edək ki, əyləci boşalan yük maşını cənazə namazı üçün toplaşanların üzərinə çıxıb.
Yaxınlıqdakı avtomobillərə də zərər dəyib. Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.