BAKI, 9 sentyabr - Sputnik. Osetin sahibkarlarının Azərbaycanda maraqları Şimali Osetiya sahibkarları azərbaycanlı həmkarları ilə əməkdaşlıq danışıqları aparmaq məqsədilə sentyabrın 11-dən 13-dək Bakıda işgüzar səfərdə olacaqlar.
Üstəlik, bu Şimali Qafqaz respublikasının işgüzar dairələrinin nümayəndələrinin Bakıya artıq üçüncü səfəridir.
Məlumdur ki, ezamiyyətdə yüksək dərəcəli limonadlar və spirtli içkilər üçün butulkalar istehsal edən, heyvan yemi, həmçinin taxıl paylanması ilə məşğul olan şirkətlər iştirak edəcək.
Şimali Osetiya Respublikası (ŞOR) - Alaniya ixraca dəstək mərkəzinin rəhbəri, ŞOR-Alaniya Sahibkarlığa Dəstək Fondunun direktor müavini Bela Osiptsova sentyabrın 12-si saat 16.00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında osetin iş adamlarının Azərbaycana səfərinin nəticələri barədə danışacaq.
Əlaqələr:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru.
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində baş tutacaq: Metbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə.