HADİSƏ

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Şahdağda 3500-3700 metr yüksəkliklərə qar yağması müşahidə olunub.
Sputnik
BAKI, 9 sentyabr - Sputnik. Milli Hidrometeorologiya Xidmətinin senytabrın 9-u saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Daşkəsən Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Oğuz, Qəbələ, Zaqatala, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Cəfərxan, Hacıqabul, Yardımlı, Lənkəranda şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.
Xidmətdən verilən xəbərə görə, Şahdağda 3500-3700 metr yüksəkliklərə qar yağması müşahidə olunub.