HADİSƏ

Sabirabadda qatarla traktor toqquşub, ölən var

Faktla bağlı xətt polisində araşdırma aparılır.
Sputnik
BAKI, 9 sentyabr - Sputnik. Sabirabadda qatarla traktor toqquşub.
APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Xəlifəli kəndində qeydə alınıb. Qorunmayan dəmiryolu xəttini keçən traktoru qatar vurub. Nəticədə traktorun sürücüsü hadisə yerində ölüb.
Faktla bağlı xətt polisində araşdırma aparılır.