RUSİYA

Rusiya və Çin dəyəri 160 milyard dollardan çox olan layihələr üzərində işləyirlər

Georgi Zinovyevin sözlərinə görə, Rusiya tərəfi oktyabrda keçiriləcək “Bir kəmər, bir yol” forumu nəticəsində Çinlə investisiyalar üzrə razılaşmaların əldə olunacağını gözləyir.
Sputnik
BAKI, 9 sentyabr - Sputnik. Rusiya və Çin dəyəri 160 milyard dollardan çox olan layihələr üzərində işləyirlər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin birinci Asiya departamentinin direktoru Georgi Zinovyev bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi oktyabrda keçiriləcək “Bir kəmər, bir yol” forumu nəticəsində Çinlə investisiyalar üzrə razılaşmaların əldə olunacağını gözləyir:
“Ümumilikdə, investisiya əməkdaşlığı üzrə Rusiya-Çin hökumətlərarası komissiyasının “portfelinə” investisiya həcmi 160 milyard dollardan çox planlaşdırılan onlarla layihə daxildir və onların hamısı fəal işlənmə mərhələsindədir”.
Departament direktoru qeyd edib ki, Çin tərəfinin iştirakı ilə həyata keçirilən layihələr müsbət nəticələr verir:
“Bunlar Yamal yarımadasında mayeləşdirilmiş təbii qazın istehsalı üzrə layihələrdir. İlin birinci yarısında Rusiyanın mayeləşdirilmiş təbii qaz ixracı fiziki ifadədə 60%-dən çox artıb”.