BAKI, 9 sentyabr - Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
APA Sputnik Armenia-ya istinadən xəbər verir ki, Paşinyan və Blinken telefon danışığında Qarabağda və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.
***
Ermənistanın baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisiyə zəng vurub.
APA Sputnik Armenia-ya istinadən xəbər verir ki, Paşinyan və Rəisi Qarabağdakı vəziyyəti müzakirə ediblər.
***
Ermənistan Baş naziri Nikol Paşinyan və Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığı olub.
APA xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Qarabağda vəziyyəti və Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi müzakirə ediblər. Ermənistan Baş naziri Paşinyan 6 oktyabr 2022-ci ildə Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə edilmiş razılaşmalar əsasında bütün məsələlərin müstəsna olaraq diplomatik vasitələrlə və konstruktiv atmosferdə həllinə dair yanaşmalara sadiqliyini təsdiqləyib. Nikol Paşinyan vurğulayıb ki, Azərbaycan Prezidenti ilə gərginliyin azaldılması istiqamətində təcili müzakirələr aparmağa hazırdır.
Kansler Şolts regionda sülh və sabitliyin bərqərar olmasına yönəlmiş səyləri dəstəkləməyə hazır olduğunu qeyd edib.
***
Fransa Prezidenti Emmanuel Makron Ermənistan baş naziri Nikol Paşinyana zəng edib.
APA xəbər verir ki, bu barədə AFP Yelisey sarayına istinadən məlumat yayıb.
Qeyd edilib ki, Makron Paşinyanla Ermənistan və Azərbaycan sərhədində artan gərginliyi müzakirə edib, bütün fikir ayrılıqlarını diplomatik yolla həll etməyə çağırıb.
Makron məsələnin beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə sadiqliyini qeyd edib.