DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Makron çıxışı zamanı fitə basıldı

Ötən gün Fransada başlayan Reqbi üzrə Dünya Kuboku Prezident Emmanuel Makronun çıxışı ilə yadda qalıb. Fan zonalarında da Makrona qarşı fit və etirazlar eşidilib
Sputnik
BAKI, 9 sentyabr — Sputnik. Fransada keçirilən Reqbi üzrə Dünya Kubokunun ilk oyunundan öncə Prezident Emmanuel Makronun çıxışı tamaşaçılar tərəfindən fitə basılıb.
«Fransa Dünya kubokunu meydanda qazanmağa ümid edir, eyni zamanda ortaq maraqlarımızı qeyd etməyə gələn hər kəsin ürəyindədir" deyən Makron kürsüyə qalxarkən fit və uğultulu səslər stadionda əks-səda verib. Çaşqın vəziyyətdə olan Makron Fransa millisini dəstəkləmək çağırışı edib və bundan sonra tribunalar “Go Blue!” (Fransa komandasının qeyri-rəsmi adı – red.) şüarını səsləndirməyə başlayıblar.
Fan zonalarında da Makrona qarşı fit və etirazlar eşidilib.
Qeyd edək ki, Reqbi üzrə Dünya Kuboku sentyabrın 8-dən oktyabrın 28-dək Fransanın 9 şəhərində keçiriləcək. Turnirdə 20 milli komanda iştirak edir.