HADİSƏ

Göygölə 8 mm-lik dolu düşüb, bəzi çaylardan sel keçib - FAKTİKİ HAVA

Sentyabrın 8-də 18:00 radələrində Göygöl rayonu ərazisinə diametri 8 mm olan dolu düşüb.
Sputnik
BAKI, 9 sentyabr - Sputnik. Milli Hidrometeorologiya Xidmətinin senytabrın 9-u saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Bəzi yerlərdə yağıntılar intensiv və güclü olub.
Düşən yağıntının miqdarı: Oğuzda 49 mm(aylıq normanın 66 %-i), Qəbələdə 41 mm(aylıq normanın 35 %-i), Qaxda 35 mm(aylıq normanın 41 %-i), Şəkidə 28 mm(aylıq normanın 41 %-i), Göygöldə 27 mm(aylıq normanın 59 %-i),Yevlaxda 25 mm(aylıq normanın 111 %-i),Tərtərdə 23 mm(aylıq normanın 92 %-i), Zaqatalada 21 mm(aylıq normanın 25 %-i), Şahdağda 15 mm, Xaçmaz, Ağdam, Balakən, Xaltan, Naftalanda 14 mm, Daşkəsəndə 13 mm, Göyçay, Göytəpə, Gəncə, Gədəbəydə 12 mm, Xınalıq, Qrızda 11 mm, Qusar, Astarada 10 mm, Mingəçevirdə 9 mm(aylıq normanın 36 %-i), Şabran, Qobustan, Yardımlı, Tovuz, Ağstafa, Quba, Ağsu, Şəmkir, Ceyrançöl, İsmayıllı, Lənkəran, Zərdab, Altıağac, Şamaxı, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Lerikdə 8 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 10 mm(aylıq normanın 56 %-i)-dək olub.
Sentyabrın 8-də şimal-qərb küləyi arabir Goranboy, Naftalanda 18 m/s-dək güclənib.
Sentyabrın 8-də 18:00 radələrində Göygöl rayonu ərazisinə diametri 8 mm olan dolu düşüb.
Yağan leysan xarakterli intensiv yağışlar nəticəsində sentyabrın 9-da Qəbələ rayonu ərazisindən keçən Dəmiraparançaydan, Şəki rayonu ərazisindən keçən Damarçın çaydan, Çuxadurmaz, Kişçayından, Zaqatala rayonu ərazisindən keçən Talaçaydan, Samux rayonu ərazisindən axan Qabırrı çaydan, İsmayıllı rayonu ərazisindən axan Göyçay çayından sel keçib.