MƏDƏNİYYƏT

"Barbi" 2023-cü ilin ən çox gəlir gətirən filmi olub

21 iyul 2023-cü ildə premyerası baş tutan "Barbi" filmi bu ilin ən çox gəlir gətirən ekran işi olub. "Barbi" filmi rejissoru Qreta Qerviqi də ABŞ-da bütün zamanların ən çox gəlir gətirən qadın rejissoru edib.
Sputnik
BAKI, 9 sentyabr — Sputnik. Qreta Gerviqin "Barbi" komediyası həftəsonu qlobal kassada qazancını 1,36 milyard dollara çatdıraraq 2023-cü ilin ən çox gəlir gətirən filmi olub.
Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, sözügedən film, 1,358 milyard dollar gəlir əldə edən "Super Mario Bros. Movie" cizgi filmini geridə qoyub.
Film kinoteatrlarda nümayiş olunduğu ilk üç gündə 162 milyon dollarlıq ümumi satışla bu ilin ən çox gəlir gətirən ekran işi olub. "Barbi" filmi rejissoru Qreta Qerviqi də ABŞ-da bütün zamanların ən çox gəlir gətirən qadın rejissoru edib.
21 iyul 2023-cü ildə premyerası baş tutan "Barbi" cəmi 17 gün ərzində kinoprokatda milyard dollarlıq həddi keçib. Bu, "Warner Bros" üçün ən uğurlu startdır.
Ekran əsəri, eyni zamanda qadın rejissorun indiyə qədər ən çox gəlir gətirən filmidir.
Qeyd edək ki, hazırda ən çox tələb olunan "Barbie" filmi dünyanın bütün ölkələrində, eyni zamanda Azərbaycanda da nümayiş etdirilir.