BAKI, 8 sentyabr - Sputnik. Avropa İttifaqı sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkilər"i tanımır.
Bu barədə Avropa Xarici Siyasət Xidmətinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
“Avropa İttifaqı bir daha bəyan edir ki, Qarabağdakı seçkilərin həyata keçirildiyi konstitusion və hüquqi çərçivəni tanımır”, - bəyanatda bildirilir.