RUSİYA

Zaxarova: Ermənistanda KTMT və Aİİ-ni ləkələməyə çalışan media strukturlarının sayı artır

Diplomatın sözlərinə görə, Moskva erməni xalqının bütün bəlalarına görə Rusiyanı ittiham etməklə insanlar arasında düşmənçilik və nifrət salmaq cəhdlərini qəbuledilməz hesab edir.
Sputnik
BAKI, 8 sentyabr - Sputnik. Son zamanlar Ermənistanın informasiya məkanında Rusiya və Rusiya-Ermənistan münasibətləri haqqında birtərəfli və neqativ məlumatların yayılması tendensiyası üstünlük təşkil edib. Bunu cümə günü Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Son vaxtlar Ermənistanın informasiya məkanında Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı birtərəfli, neqativ və çox vaxt həqiqətə uyğun olmayan məlumatların yayılmasına dair açıq tendensiya nə sizi, nə də bizi qane edə bilməz”, - deyə Zaxarova İrəvanda keçirilən Rusiya-Ermənistan media forumunun iştirakçılarını salamlayarkən deyib.

Zaxarova onu da qeyd edib ki, Moskva Ermənistanda Rusiyanı və Rusiya-Ermənistan münasibətlərini gözdən salmaq məqsədi daşıyan qərbyönümlü media strukturlarının sayının artmasından narahatdır.

“Təəssüflər olsun ki, Ermənistanda açıq şəkildə, üzrlü hesab edin, palçıq atır, tənqid etməyən, KTMT və Aİİ daxil olmaqla, ümumi dövlətlərarası qarşılıqlı fəaliyyət mexanizmlərimizə çamur atan informasiya resursları da var”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb.

Onun sözlərinə görə, Moskva erməni xalqının bütün bəlalarına görə Rusiyanı ittiham etməklə insanlar arasında düşmənçilik və nifrət salmaq cəhdlərini qəbuledilməz hesab edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.