RUSİYA

Rusiya biznesi xarici çağırışlara inamla uyğunlaşmağa davam edir - Mişustin

Ölkənin Baş naziri Rusiyada işgüzar fəaliyyətinin dinamik şəkildə bərpa olunduğunu qeyd edib.
Sputnik
BAKI, 8 sentyabr — Sputnik. Rusiya biznesi xarici çağırışlara inamla uyğunlaşmağa davam edir, perspektivli sahələri mənimsəyir, mövcud layihələri genişləndirir və yenilərini işə salır.
Bunu Rusiyanın Baş naziri Mixail Mişustin deyib.
Cümə günü 2024-cü il üçün federal büdcə layihəsi və 2025-2026-cı illərin planlaşdırma dövrü ilə bağlı iclasda çıxış edən nazir Rusiyada işgüzar fəaliyyətinin dinamik şəkildə bərpa olunduğunu qeyd edib. İqtisadi artıma əsas töhfəni sənaye istehsalı, xüsusilə də emal sənayesi verib.

"Bütün bunlar onu göstərir ki, Rusiya biznesi xarici çağırışlara inamla uyğunlaşmağa davam edir, perspektivli sahələri mənimsəyir, mövcud layihələri genişləndirir və yenilərini işə salır", - deyə Mişustin bildirib.

"Əlbəttə ki, risklər aradan qalxmayıb və büdcə prosesi çərçivəsində irəliləyərkən qlobal iqtisadiyyatdakı çağırışlar da daxil olmaqla, bütün yığılmış disbalansları nəzərə almaq lazımdır. Bunlar bizim dövlət maliyyəmizə təsir göstərə bilər. Burada praqmatik yanaşmaya riayət etmək, əsas xüsusiyyətləri formalaşdırarkən və əlbəttə ki, xərc öhdəliklərini qəbul edərkən həddindən artıq proqnozların qarşısını almaq vacibdir", - deyə Baş nazir əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.