CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prokurorluq: Erməni əsilli futbolçuların səmimi peşmançılığı nəzərə alınıb

Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib ki, Azərbaycanda yaşayan bütün xalqlara, millətlərə fərq qoyulmur və hamının hüquqları bərabərdir.
Sputnik
BAKI, 8 sentyabr — Sputnik. Bayrağımızı təhqir edən 3 erməni əsilli futbolçu barəsində cinayət işinə xitam verilməsi Azərbaycan dövlətinin humanist mövqeyinin nümunəsidir.
Bunu Baş Prokurorluğun "instaqram" sosial şəbəkəsindəki səhifəsində canlı yayım zamanı İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.
O bildirib ki, Azərbaycanda yaşayan bütün xalqlara, millətlərə fərq qoyulmur və hamının hüquqları bərabərdir.

"Onların ilk cinayətlərini törətdikləri və səmimi peşmançılığı nəzərə alınıb. Onların əməllərində qanunsuzluq qalmışdı. Onlar etdikləri cinayətləri internet resurslarına yaymışdılar. Həmin şəxslər internetdə qadağan olunmuş məlumatı yerləşdirilmişdilər. Sırf bu səbəbdən inzibati qaydada 10 gün müddətinə həbs tənbeh cəzası verilib", - deyə Nemət Əvəzov deyib

Qeyd edək ki, 3 erməni futbolçunun 10 günlük inzibati həbs müddəti ötən gün başa çatıb və onlar Ermənistana keçməsi təmin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.