BAKI, 8 sentyabr — Sputnik. Rahid Ələkbərli Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri təyin edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.
O, bu təyinatadək "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş informasiya direktoru vəzifəsində çalışıb.
R.Ələkbərlini kollektivə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov təqdim ediblər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimalıyev idi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.