QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Hərbçilərimiz qeyri-qanuni erməni silahlı dəstələrinin növbəti təxribatının qarşısını alıb

Qeyri-qanuni erməni silahlı dəstələri Şuşa rayonu ərazisində uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstərib.
Sputnik
BAKI, 8 sentyabr - Sputnik. Sentyabrın 8-i saat 19:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə Müdafiə nazirliyinin məlumatında bildirilir.

"Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - deyə məlumatda qeyd olunur.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.