SƏHİYYƏ

Hamilə ikən bu vitaminin çatışmazlığı sonra uşaqlarda şizofreniyaya səbəb olur

Alimlər bildirir ki, ümumiyyətlə şizofreniyanın dəqiq səbəbləri bəlli olmasa da, bu xəstəlik sinir impulslarının ötürülməsində əsas iştirakçı maddə olan dofaminin işlək olmamasına görə meydana çıxır.
Sputnik
BAKI, 8 sentyabr — Sputnik. Avstraliyanın Kvinslend Universitetinin alimləri apardıqları tədqiqatın nəticəsi olaraq D vitamini çatışmazlığının şizofreniyaya səbəb olduğunu bildiriblər.
Alimlərin fikrincə, ümumiyyətlə şizofreniyanın dəqiq səbəbləri bəlli olmasa da, bu xəstəlik sinir impulslarının ötürülməsində əsas iştirakçı maddə olan dofaminin işlək olmamasına görə meydana çıxır.
Bunun üçün alimlər erkən embrional inkişaf prosesini çoxaltmaq üçün beyində dofamin ifrazında əhəmiyyətli olan sinir hüceyrələrini laboratoriya şəraitində yetişdiriblər. Tədqiqatçılar həm vitamin D hormonunun olduğu, həm də olmadığı halda neyronları böyüdüblər.
Onlar nəticə olaraq belə qərar gəliblər ki, D vitamininin səviyyəsi dopamin istehsal edən hüceyrələrin böyüməsinə təsir göstərir. Yəni, bu hüceyrələrdə dopamin ifrazı daha güclü olub.