DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstanda yenidən torpaq sürüşməsi olub

Qeyd olunub ki, leysan yağışlarının davam etməsi bərpa işlərinə tam miqyasda başlamağa və fəlakətin yetirdiyi zərərin tam həcmini müəyyənləşdirməyə imkan vermir.
Sputnik
BAKI, 8 sentyabr — Sputnik. Gürcüstanın Quriya bölgəsində aramsız leysan yağışları nəticəsində on yaşayış evi dağılıb, körpülər və yollar zərər görüb, bir yeniyetmə itkin düşüb.
Bunu Lançxuti bələdiyyəsinin meri Aleksandr Sarişvili jurnalistlərə açıqlamasında deyib.
Məlumata görə, aramsız leysan yağışları bir neçə kənddə torpaq sürüşməsinə səbəb olub.
Qeyd olunub ki, leysan yağışlarının davam etməsi bərpa işlərinə tam miqyasda başlamağa və fəlakətin yetirdiyi zərərin tam həcmini müəyyənləşdirməyə imkan vermir.
Sahildə yerləşən Kobuleti şəhərində də leysan yağışları nəticəsində yaşayış evlərinin birinci mərtəbəsini su basıb.
Xatırladaq ki, avqustun əvvəlində Gürcüstanın Şovi kurort bölgəsində də torpaq sürüşməsi baş verib. Təbii fəlakət nəticəsində 31 nəfər həlak olub, 2 nəfərin axtarışı davam edir.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili avqustun 7-ni respublikada matəm günü elan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.