RUSİYA

Afrika ölkələri üçün Rusiya taxılının 40 gəmi ilə daşınmasını planlaşdırır - Türkiyə nəşri

Türkiyənin "Sabah" qəzeti yazır ki, gəmilər yaxın günlərdə dəqiqləşdirilən qrafiklə Tuapse və Novorossiysk limanlarında taxıl yükləyə biləcəklər.
Sputnik
BAKI, 8 sentyabr — Sputnik. Ehtiyacı olan Afrika ölkələrinə tədarük üçün nəzərdə tutulan Rusiya taxılının Tuapse və Novorossiysk limanlarında yüklənmiş 40 gəmi ilə daşınması planlaşdırılır. Cədvəl yaxın günlərdə dəqiqləşdiriləcək.
Bu barədə cümə günü "Sabah" qəzeti mənbələrə istinadən yazıb.
Rusiya və Türkiyə 1 milyon ton taxıl tədarükü ilə bağlı prinsipial razılığa gəliblər. Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Qruşko bir müddət əvvəl bildirib ki, yaxın gələcəkdə texniki detalların işlənib hazırlanmasına başlanılacaq.

"Rusiyadan tədarük olunacaq taxılın 25 min ton yükgötürmə qabiliyyətinə malik olan, ümumilikdə 40 gəmi ilə daşınması planlaşdırılır. Bildirilir ki, gəmilər yaxın günlərdə dəqiqləşdiriləcək cədvəllə Tuapse və Novorossiysk limanlarında taxıl yükləyə biləcəklər", - deyə nəşr yazır.

Qəzetin yazdığına görə, gəmilər Türkiyəyə çatdıqdan sonra taxıl özəl sektora məxsus un dəyirmanlarında emal olunacaq.

"Birinci mərhələdə un Burkina-Faso, Zimbabve, Mali, Somali, Eritreya və Mərkəzi Afrika Respublikasına göndəriləcək. Un emalı gücü olmayan bu ölkələrə üstünlük veriləcək. Çad, Liviya, Cibuti, Yəmən və Efiopiya da un göndərilməsi planlaşdırılan ölkələrin siyahısındadırlar", - məlumatda belə deyilir.

Avqustun 4-də Rusiya və Türkiyə Prezidentləri Vladimir PutinRəcəb Tayyib Ərdoğanın görüşündə taxıl sazişi ətrafında vəziyyət müzakirə edilib. Danışıqlardan sonra Putin bildirib ki, bir neçə həftə ərzində Rusiya Federasiyası altı Afrika ölkəsinə pulsuz taxıl tədarük etməyə başlayacaq. Ərdoğan qeyd edib ki, Ankara Rusiya taxılının daha çox ehtiyacı olan ölkələrə daşınması üçün emalına yardım etməyə hazırdır və Afrika ölkələrinə ərzaq çatdırılması üçün birgə addımlar atılacağına ümid edir.
Rusiya prezidenti onu da vurğulayıb ki, Moskva bütün qeydə alınmış sazişlər yerinə yetirilən kimi taxıl müqaviləsini canlandırmağa hazır olacaq. Putin qeyd edib ki, öz növbəsində Rusiya bütün maneələrə baxmayaraq, ərzaq və gübrə ixracını davam etdirmək, qiymətlərin sabitləşməsinə və qlobal kənd təsərrüfatı sənayesində vəziyyəti yaxşılaşdırmağa kömək etmək niyyətindədir.
Xatırladaq ki, taxıl sazişi iyulun 18-də dayandırılıb. Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. Putin daha əvvəl qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtlərinə əməl edilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyildilər. Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarük etmək heç vaxt həyata keçirilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.