BAKI, 7 sentyabr — Sputnik. Nüvə gücləri arasında yığılmış münaqişə potensialı Asiya-Sakit okean regionunda açıq hərbi qarşıdurmaya çevrilmək təhlükəsini yaradır.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS-a bildirib.
Təhlükəsizliyi qorumaq da daxil olmaqla Moskvanın məcburi cavabı dost olmayan ölkələr tərəfindən açıq güc təzyiqinə keçmək üçün bəhanə kimi istifadə edilib. Nazir müavini Bişkekdə keçirilən "Nüvə silahlarının yayılmaması rejiminin gücləndirilməsi" adlı regional seminarda bildirib ki, hazırda bu təzyiq nüvə gücləri arasında birbaşa silahlı münaqişənin astanasındadır.
Ryabkov, həmçinin əlavə edib ki, NATO ölkələri birbaşa Rusiyanın həyati maraqları zonasında əraziləri inkişaf etdirmək qərarına gəliblər. Bu isə, daha da gərginləşmə riskini daşıyır.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdi ki, çəkindirmə kontekstində nüvə silahına sahib olmaq hazırda Rusiyanın ona ünvanlanan bəzi əhəmiyyətli xarici təhdidlərə öz təhlükəsizliyindən ötrü yeganə mümkün cavabıdır. Moskva nüvə müharibəsinin yolverilməzliyi prinsipinə tam riayət edir və belə bir münaqişədə qaliblərin olmadığını vurğulayıb.