RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya MN: Rusiya Silahlı Qüvvələri ötən gün ərzində Ukraynanın 41 PUA-sını məhv edib

Nazirlikdən bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin iki briqadasının silah-sursatlarının səhra anbarları, həmçinin Ukraynanın S-300PS zenit-raket kompleksinin buraxılış qurğusu Donetskdə məhv edilib.
Sputnik
BAKI, 7 sentyabr — Sputnik. Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən gün ərzində Ukraynaya məxsus 41 pilotsuz uçan aparatını (PUA), 11 "HIMARS" reaktiv yaylım atəş sisteminin (RYAS) mərmisini və bir "JDAM" idarəolunan aviabombasını sarsıdıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
"Hava hücumundan müdafiə sistemləri on bir "HIMARS" reaktiv yaylım atəşi sistemini, həmçinin "JDAM" idarəolunan aviabombasını ələ keçirib. Bundan əlavə, Luqanskın Beloqorovka, Melovatka, Donetskin Spornoye, Vodyanoye, Zaporojye vilayətinin Mirnoye, həmçinin Xerson vilayətinin Qolaya pristan yaşayış məntəqələri ərazilərindəki Ukraynaya məxsus 41 pilotsuz uçuş aparatı məhv edilib", - məlumatda deyilir.
Bundan əlavə, Rusiya hərbçiləri Donetskdə Ukrayna ordusunun iki briqadasının silah-sursatların səhra anbarlarını məhv edib, Zaporojye istiqamətində Rabotino və Verbovoye ərazilərində gün ərzində Ukrayna bölmələrinin 14 hücumu dəf edilib, 110-a qədər düşmən hərbçisi, həmçinin Ukraynanın S-300PS zenit-raket kompleksinin buraxılış qurğusu məhv edilib.
"Donetskin Krasnoye və Novomixaylovka yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin (USQ) 3-cü hücum və 79-cu desant-hücum briqadalarının silah-sursatlarının səhra anbarları darmadağın edilib", - nazirliyin hesabatında deyilir.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya Silahlı Qüvvələrinin (RSQ) "Qərb" qoşunlarının Kupyansk istiqamətində qruplaşması düşmənin dörd hücumunu dəf edib, gün ərzində bu istiqamətdə Ukrayna qüvvələri 55-ə qədər hərbçini və altı ədəd texnikanı, o cümlədən ABŞ-ın üç M777 haubitsasını itirib, Rusiya Silahlı Qüvvələrinin "Mərkəz" qruplaşması Krasnolimansk istiqamətində USQ-nin hücumunu dəf edib, 60-a qədər ukraynalı hərbçini və 5 ədəd texnikanı məhv edib, Ukrayna Silahlı Qüvvələri Cənubi Donetsk istiqamətində sutkada 180-ə qədər əsgərini, iki zirehli texnikasını, Polşanın "Krab" özüyeriyən artilleriya qurğusunu, iki D-30 haubitsasını və bir "Giatsint-B"ni itirib, Xerson istiqamətində 25-ə qədər ukraynalı hərbçi, iki avtomobil, ABŞ istehsalı olan iki M777 artilleriya sistemləri, həmçinin üç Ukrayna təxribat-kəşfiyyat qrupu məhv edilib, Donetsk istiqamətində isə Kiyev gün ərzində 320-dən çox hərbçisini itirib.
Xüsusi hərbi əməliyyat (XHƏ) başlayandan indiyədək Ukraynaya məxsus 467 hərbi təyyarə, 248 helikopter, 6467 pilotsuz uçuş aparatı, 436 zenit-raket kompleksi, 11711 tank və digər zirehli döyüş texnikası, 1148 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 6274 səhra artilleriyası və minaatanları, həmçinin 12776 ədəd xüsusi hərbi avtomobil texnikası məhv edilib.