BAKI, 7 sentyabr — Sputnik. Diasporla İş üzrə Dövlət Komitəsi İstanbulda yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.
Bu barədə dövlət qurumundan məlumat verilib.
Qeyd olunub ki, sentyabrın 23-dək oktyabrın 3-dək Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunun binasında İstanbulda şəhərində qeyri-qanuni yaşayan vətəndaşların qəbulu keçiriləcək. Qəbul zamanı pasport, vətəndaşlıq vəziyyəti aktlarının qeydi ilə bağlı şəhadətnamələrin (doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və s.) verilməsi və digər konsulluq əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur.
Vurğulanıb ki, pasportların rəsmiləşdirilməsi üçün vaxtı bitmiş şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun əsli və surəti (olduğu təqdirdə), doğum haqqında şəhadətnamənin surəti (olduğu təqdirdə), doğum haqqında şəhadətnamə (18 yaşına çatmayan uşaqlar üçün), Türkiyə ərazisində müvəqqəti və ya daimi yaşadığını təsdiq edən sənəd (oturum) (olduğu təqdirdə) haqqında tələb olunur. Vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması üçün doğum haqqında şəhadətnamənin surəti, Valideynlərin pasport, şəxsiyyət vəsiqəsi və digər şəxsiyyəti təsdiq edən sənədlərinin surəti təqdim edilməlidir.
Bildirilib ki, nikahın bağlanması üçün etibarlı ümumvətəndaş pasportunun surəti, subaylıq haqqında arayış, nikahın bağlanması haqqında tərəflərin ərizəsi, Türkiyə ərazisində müvəqqəti və ya daimi yaşadığını təsdiq edən sənəd (oturum) (olduğu təqdirdə) Tibbi müayinədən keçdiyini təsdiq edən arayış təqdim edilməlidir. Doğum haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün doğum faktını təsdiq edən xəstəxanadan arayış (apostil olunmuş) və DNT analizinin nəticəsi, valideynlərin ərizəsi, valideynlərin etibarlı pasportlarının surəti təqdim edilməlidir. Fərdi İdentifikasiya Nömrələrinin (FİN) alınması üçün valideynlərin ərizəsi, valideynlərin pasportlarının surəti, doğum haqqında şəhadətnamələrin surəti təqdim edilməlidir.
Qəbul vaxtları şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək olacaq.
Vətəndaşlar aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
(+90) 850 800 0515, (+90) 506 595 32 40