RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

ABŞ kəşfiyyatı XHƏ zonasında RF müdafiəsinin gücünü lazımi səviyyədə qiymətləndirməyib

Rusiya Silahlı Qüvvələrinin səriştəli müdafiəsi və Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri arasında təcrübənin olmaması Ukraynanın əks-hücumunun uğursuzluğunun səbəbləri kimi göstərilib.
Sputnik
BAKI, 7 sentyabr — Sputnik. Ukrayna Silahlı Qüvvələri əks-hücuma başlamazdan əvvəl Rusiya müdafiəsinin dərinliyi Kiyev və Vaşinqton tərəfindən lazımi səviyyədə qiymətləndirilməyib.
"Economist" ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin analitiki Trent Mola istinadən bu barədə yazıb.
"Amerika və Ukrayna rəsmiləri Rusiyanın müdafiəsinin dərinliyini qiymətləndirə bilmədilər", - nəşr belə yazıb.
Molun sözlərinə görə, Ukrayna və ABŞ-da əks-hücum başlamazdan əvvəl onlar Rusiya Silahlı Qüvvələrinin müdafiəsini yararaq irəliləməyin Ukrayna Silahlı Qüvvələrinin zirehli texnikası üçün nə kimi problemlər yaradacağını başa düşmürdülər.
Təhlilçi qeyd edib ki, Rusiya hərbçiləri tərəfindən təchiz edilmiş bir çox istehkamlar hələ də toxunulmazdır.
Bundan əvvəl hərbi jurnalist Con Pol Retbon "Financial Times" qəzetinə müsahibəsində Rusiya Silahlı Qüvvələrinin səriştəli müdafiəsini və Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri arasında təcrübənin olmamasını Ukraynanın əks-hücumunun uğursuzluğunun səbəbləri kimi göstərib.