RUSİYA

XİN: BMT ideyaları Rusiyanın kənd təsərrüfatı ixracının normallaşması üçün əsas ola bilməz

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, BMT-nin taxıl sazişi ilə bağlı yeni təklifləri yeni deyil.
Sputnik
BAKI, 6 sentyabr — Sputnik. Birləşmiş Millətlər Təşkilatının (BMT) taxıl sazişi ilə bağlı yeni təklifləri yeni deyil və Rusiyanın kənd təsərrüfatı ixracının normallaşması üçün əsas ola bilməz.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.
"Əslində, hazırkı təkliflər, BMT-çilərin əvvəlki ideyaları kimi, heç bir yeni elementi ehtiva etmir və kənd təsərrüfatı ixracımızın normallaşdırılması istiqamətində keyfiyyətli irəliləyişin əldə edilməsi üçün əsas ola bilməz", - məlumatda deyilir.
Bu yaxınlarda BMT-nin Baş katibi Antonio Quterreş Rusiyanın xarici işlər naziri Sergey Lavrova taxıl sazişinin bərpası ilə bağlı təkliflər məktubunun göndərdiyini bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Quterreşin taxıl sazişi ilə bağlı yeni mesajında heç bir zəmanət yoxdur.
DÜNYA XƏBƏRLƏRİ
Quterreş Lavrovla taxıl sazişini müzakirə edib