BAKI, 6 sentyabr — Sputnik. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilovun Rusiya-Ukrayna münaqişəsinin mahiyyəti ilə bağlı bəyanatı Kiyevin özünün Qərbin qlobal siyasətində alət olduğunu dərk etdiyini deməyə əsas verir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova belə hesab edir.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bir müddət əvvəl bildirib ki, onun fikrincə, üçüncü dünya müharibəsi artıq başlayıb və Rusiya ilə Ukrayna arasında münaqişə iki ölkə arasında "münasibətlərin aydınlaşdırılması" deyil, "hər şey daha mürəkkəbdir."
"Budur! Nəhayət ki, "seçilmişlər" dərk etdilər. Alətə çevrilməkdən ötrü seçilmişlər. Dərk etdilər ki, bu heç bir Rusiya-Ukrayna münaqişəsi deyil, Qərbin dünyanı müstəmləkə asılılığına qaytarmaq, əsrlər boyu onlara tabe olan dünya resurslarını qorumaq və özünü ona məxsus olmayan sərvətlərlə doldurmaq üçün qlobal cəhdidir. "Seçilmişlər" alət olduqlarını anladılarmı? Düşünürəm ki, bəli. Mən belə düşünürəm. Ona görə də belə isterika yaranıb", - deyə Zaxarova özünün "Telegram" kanalında yazıb.