RUSİYA

Putin və şahzadə Əl Səud qeyd ediblər ki, neft hasilatının azalması bazarı sabitləşdirəcək

Tərəflər iki ölkə arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər, ticarət-iqtisadi, nəqliyyat, logistika və investisiya sahələrində əməkdaşlığın dərinləşdirilməsinə dair bir sıra məsələlərə baxılıb.
Sputnik
BAKI, 6 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud arasında telefon danışığında qeyd olunub ki, neft hasilatının azaldılmasına dair razılaşmalar bazarın sabitliyini təmin edir.
Bu barədə Kremlin mətbuat xidməti xəbər verib.
"OPEC Plus" formatında iki ölkənin qarşılıqlı fəaliyyətinə yüksək qiymət verilib. Qeyd edilib ki, neft hasilatının azaldılması ilə bağlı əldə olunan razılaşmalar, xammal tədarükünün məhdudlaşdırılması üzrə könüllü öhdəliklərlə birlikdə qlobal enerji bazarının sabitliyinin təmin edilməsinə imkan yaradır," - hesabatda belə deyilir.
Bundan əlavə, tərəflər iki ölkə arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər, ticarət-iqtisadi, nəqliyyat, logistika və investisiya sahələrində əməkdaşlığın dərinləşdirilməsinə dair bir sıra məsələlərə baxılıb.
Həmçinin, şəxsi əlaqələrin davam etdirilməsi razılaşdırılıb.