BAKI, 6 sentyabr — Sputnik. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmisi ilə görüşüb.
Hikmət Hacıyev İsrailə səfər edib
© Photo : AZERTAG
Bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.
Bildirilib ki, İsrailə səfəri çərçivəsində Hikmət Hacıyev bu ölkənin Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi ilə görüşüb.
Hikmət Hacıyev İsrailə səfər edib
© Photo : AZERTAG
Qeyd olunub ki, görüşdə rəsmilər ikitərəfli münasibətləri və iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər.
Xatırladaq ki, dünən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi ilə görüşüb. Bu barədə Azərbaycanın İsraildəki səfirliyi "X" sosial şəbəkəsində bildirib.
Görüşdə ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.