BAKI, 6 sentyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə günü, sentyabrın 7-də 18-ci Şərqi Asiya Sammitinin keçiriləcəyi İndoneziyanın paytaxtı Cakartaya gəlib.
Bu barədə "RİA Novosti"nin müxbiri xəbər verib.
Şərqi Asiya Sammiti Asiya-Sakit Okean Regionu (ASR) dövlətləri liderlərinin siyasi təşkili, dövlətlər arasında praktik əməkdaşlığın inkişafı və təşviqi məsələləri üzrə dialoqu üçün platformadır.
Bu formatda görüşlər hər il yüksək səviyyəli ASEAN tədbirləri ilə birlikdə keçirilir. 2011-ci ildən etibarən Şərqi və Cənub-Şərqi Asiya liderlərinin forumuna Rusiya Federasiyası və ABŞ da dəvət olunub.
Rusiya Xarici İşlər Nazirliyi Rusiya nümayəndələri ilə amerikalılar arasında hər hansı mümkün təmaslar barədə açıqlama verməyib. Departamentin rəsmi nümayəndəsi Mariya Zaxarovanın qeyd etdiyi kimi, nazir Cakartada olarkən regional tərəfdaşlarla bir sıra görüşlər keçirəcək.
Rusiya Xarici Işlər Nazirliyindən verilən məlumata görə, Moskva Şərqi Asiya sammiti zamanı "Asiya-Sakit okean regionunun bu gün qarşılaşdığı problemləri müzakirə etməyi", həmçinin "NATO-nun coğrafi məsuliyyət zonasının genişləndirilməsi üçün Qərb xəttinin həyata keçirilməsi fonunda Asiya-Sakit Okean Regionunda hərbi-siyasi vəziyyətin gərginləşməsi risklərinə diqqəti cəlb etməyi" vacib hesab edir.
İndoneziyadan sonra nazir Banqladeşə gedəcək.