TƏHSİL

Emin Əmrullayev işğaldan azad edilmiş ərazilərdəki məktəblərlə bağlı açıqlama verib

Bu məktəblərdə ümumilikdə 780 şagird təhsil alacaq və onlara 94 müəllim dərs deyəcək.
Sputnik
BAKI, 6 sentyabr — Sputnik. 2023-2024-cü tədris ilində işğaldan azad olunmuş ərazilərdə 6 məktəb fəaliyyət göstərəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, bu məktəblərdə ümumilikdə 780 şagird təhsil alacaq və onlara 94 müəllim dərs deyəcək.
Azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək məktəblər aşağıdakılardır:
Zəngilan rayon Ağalı kand tam orta məktəbi - 11 sinif, 120 şagird, 15 müəllim (Zəngilan rayon Ağalı kand uşaq bağçası - 1 qrup)
Tərtər rayon Talış kand tam orta məktəbi - 7 sinif, 19 şagird, 8 müəllim (Talış kənd uşaq bağçası - 1 qrup)
Füzuli şəhər 1 nömrəli tam orta məktəbi -11 sinif, 104 şagird, 15 müəllim
Laçın şəhər 2 nömrəli tam orta məktəbi - 11 sinif, 137 şagird, 16 müəllim
Laçın rayonu Zabux kənd tam orta məktəbi - 11 sinif, 51 şagird, 15 müəllim
Şuşa şəhər 1 nömrəli tam orta məktəbi - 12 sinif 349 şagird, 25 müəllim.
Nazir qeyd edib ki, Şuşa şəhər 1 nömrəli məktəbin açılışının tədris ilinin ikinci yarısında olacağı gözlənilir.